Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilərbackend

Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər

Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva “dünya xəritəsindən silinə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib.

Onun sözlərinə görə, Litva ərazisində nüvə silahı yerləşdiriləcəyi təqdirdə Moskva cavab zərbəsi endirərsə, NATO bu ölkənin tərəfini tutmayacaq.

Medvedyev Rusiyanın Avropaya hücum etmək planları ilə bağlı bəyanatları da “cəfəngiyat” adlandırıb.

Onun fikrincə, bu cür iddialar Rusiyanın geostrateji məğlubiyyətinə nail olmaq məqsədi daşıyır.

O, Avropaya ehtimal olunan hücum barədə danışıqları Rusiyada səfərbərlik haqqında gəzən şayiələrlə müqayisə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*