Mehdiyevin “B” planı İŞƏ DÜŞÜB: Səfərlinin əmlakının geri qaytarılmasının İLGİNC DETALLARIbackend

Mehdiyevin "B" planı İŞƏ DÜŞÜB: Səfərlinin əmlakının geri qaytarılmasının İLGİNC DETALLARI

Keçmiş KİVDF-nin həbsdə olan sabiq sədri Vüqar Səfərlinin müsadirə edilən əmlaklarının məhkəmə tərəfindən geri qaytarılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Korrupsiya əməllərinə görə həbs edilən və əmlakları əllərindən alınan sabiq məmurların qısa zamanda azadlığa buraxılması və mülklərinin özlərinə qaytarılması tendensiyası insanların haqlı narazılığı ilə nəticələnir. Bütün bunlar isə cəmiyyət və dövlət arasındakı münasibətlərin sarsılmasına gətirib çıxara bilər.  

Mövzunu KONKRET.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, hakimiyyət daxilində Ramiz Mehdiyevin klanı revanş götürüb: “Mehdiyev bu günə qədər qisas hissi ilə yaşayır. Aydındır ki, Vüqar Səfərli Mehdiyev klanının üzvüdür. Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayev isə “Boz kardinal”ın yaxın adamlarından hesab olunur. Mehdiyev çox gözəl bilir ki, hansı əməllərlə dövləti xalqın gözündən salmaq mümkündür. Yəni xalqda dövlətə qarşı antipatiya yaratmağa səy göstərir. Bu gün həbsdə olan məmurların əmlaklarının geri qaytarılması insanlar arasında məzhəkə obyektinə çevrilib. “Büdcəni tala, bir-iki il həbs yat, sonra da məhkəmələrə pul verərək azadlığa çıx və qalan əmlaklarını geri al” tipli fikirlər cəmiyyətdə geniş yayılıb. Ona görə də, yaxın günlərdə Vüqar Səfərlinin azadlığa çıxdığını görsək, təəccüblənməməliyik. Məlumdur ki, uzun illər Əli Həsənovun “sağ əli” olan Vüqar Səfərli ölkə mediasının bərbad vəziyyətə salınmasında müstəsna rol oynayıb. Bu kimi şəxslər dövlət və dövlətçilik tərbiyyəsi ilə deyil, qisas almaq hissi ilə yaşayırlar. Vüqar Səfərli kimi şəxslərin “əməyi”nin nəticəsidir ki, bu gün xaricdən yayımlanan cılız YOUTUBE kanalları Azərbaycan televiziyalarını ideologiya baxımından üstələyir. Ramiz Mehdiyev və onun ətrafına da bu, sərf edir”.

Hafiz Hacıyev hiddətləndi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin bu gün hakimiyyətdə olan klan üzvləri özünü “ana müxalifət” adlandıran, lakin dövlət və dövlətçiliyə xəyanət edən kəslərin yanında yer alıb: “Bütün bunların hamısı ciddi faktlardır. Amma təəssüf ki, Ramiz Mehdiyevin vəzifəyə təyin etdiyi şəxslərin heç biri dövlətin müdafiəsnə qalxmır. Ona görə də, Vüqar Səfərlinin və digərlərinin mal-mülklərinin geri qaytarılması təəccüblü deyil. Sadəcə xalq və dövlət arasında nifaq salmaqla məşğuldurlar. Artıq korrupsiya və rüşvətxorluqda ittiham edilərək həbs olunan keçmiş icra başçıları da mülklərinin qaytarılması üçün kampaniyaya başlayıblar. Yəni bu, bir ənənə halını alıb. Bu gün baş verənlər Ramiz Mehdiyevin “B” planının tərkib hissəsidir. Yaxın zamanlarda yəqin ki, Vüqar Səfərli də azadlığa buraxılar və medianın “başına” gətirilər. Bütün bunların yaşanmaması üçün biz hamımız ölkə Prezidentinin və onun ideyalarının ətrafında sıx birləşməliyik. Dövlətə və vətənə xəyanət edənləri ifşa etməliyik. Ramiz Mehdiyevin klanının yenidən revanş götürməsinə isə imkan verməməliyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*