Məhəmməd İslami: MAQATE İsrailin nüvə təhdidlərinə görə məsuliyyət daşıyırbackend

Məhəmməd İslami: MAQATE İsrailin nüvə təhdidlərinə görə məsuliyyət daşıyır

Beynəlxalq Atom Enerjisi Agentliyi Qəzza zolağında fələstinlilərə qarşı nüvə təhdidləri ilə təhrik oluna biləcək hər hansı hadisəyə görə cavabdehlik daşıyacaq.

KONKRET.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

İslami qeyd edib ki, İsrail dünyanı nüvə hücumları ilə hədələməkdə davam edir və bu cür silahların istifadəsini qadağan edən MAQATE protokollarını imzalamaqdan imtina edir.

“İstənilən insident üçün MAQATE tam məsuliyyət daşıyır”, – İslami bildirib.

O,  İsrailin bundan əvvəl də İrana qarşı nüvə bombasından istifadə etməklə hədələdiyini xatırladıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*