Məhərrəm Əliyev Naxçıvana getdibackend

Məhərrəm Əliyev Naxçıvana getdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev ötən cümə günü Naxçıvana səfər edib.

KONKRET.az xəbər verir ki, ovqat.com-un Naxçıvandakı etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Məhərrəm Əliyev “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının  və Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi ilə görüşüb, Ali Baş Komandanın tapşırıqlarını onlara çatdırıb.

Son vaxtlar Naxçıvanda baş verən hadisələr fonunda bu səfərin xüsusilə əhəmiyyətli olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*