Məkkəyə girişə İCAZƏ VERİLDİbackend

Məkkəyə girişə İCAZƏ VERİLDİ

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbilə tətbiq olunan ciddi karantin rejimi mərhələli şəkildə ləğv olunur.

KONKRET.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi bunu iki mərhələdə həyata keçirəcəklərini açıqlayıb.

Belə ki, mayın 31-dən başlayaraq Məkkəyə giriş-çıxışa müəyyən saatlarda – 06:00-dan 15:00-a qədər icazə veriləcək. Mayın 31-dən başlayan bu ilkin mərhələ 3 həftə davam edəcək.

İyunun 21-dən sonra başlayan ikinci mərhələdə isə sakinlər saat 06:00-dan 20:00-a qədər küçəyə çıxa biləcəklər.

Gözəllik salonları və bərbərxanalarla bağlı məhdudiyyətlər isə hələ ki,  qüvvədə saxlanılacaq. Toy və yas mərasimlərində isə 50-dən artıq adamın iştirakına qadağa qoyulub.

Ölkə.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*