“Cenapred” Fəlakətinin Qarşısının Alınması üzrə Milli Mərkəzi ən böyük Meksika vulkanı olan “Popokatepetl”in püskürməsi barədə məlumat verib.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzin “Twitter” səhifəsində bildirilib.
Məlumata əsasən, kül sütunu 3 kilometrə qədər çatıb:
“Sarı” təhlükə səviyyəsi hələki qalır, 2-ci fazadır. Vulkana yaxınlaşmamaq tövsiyə olunur”.
