Meksikada kəskin istilərdən 37 nəfər öldübackend

Meksikada kəskin istilərdən 37 nəfər öldü

Meksikada istilər səbəbindən həyatını itirənlərin sayı 37-yə yüksəlib.

KONKRET.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 426 nəfərin müraciət etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Açıqlamada ölkənin Verakruz əyalətində havanın temperaturunun 43 dərəcəyə çatdığı və burada 14 nəfərin, Tabasko əyalətində 8 nəfərin, Oaxaca, Tamaulipas və Coahuila ştatlarının hər birində 3 nəfərin öldüyü bildirilib.

Milli Meteorologiya Xidməti (SMN) ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayaraq, xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*