Meksikada mikroavtobus qəzasında 13 nəfər öldübackend

Meksikada mikroavtobus qəzasında 13 nəfər öldü

Meksikanın Mexiko ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Federal Yollar və Körpülər İdarəsi məlumat yayıb.

Bildirilib ki, avtomobil paytaxt Mexikonu Keretaro şəhəri ilə birləşdirən magistral yoldan çıxıb və ağaca çırpılıb.

Həkim və xilasedicilərdən ibarət briqadalar zərərçəkmişlərə ilkin tibbi yardım göstərib, sonradan xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın səbəbləri ilə bağlı məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*