Meksikanın cənubundakı Gerrero ştatında silahlı qrupun hücumu nəticəsində 13 polis əməkdaşı həlak olub.
KONKRET.az bu barədə Meksika mətbuatına istinadən xəbər verir.
Qeyd edilib ki, hücum Akapulko-Zihuatanexo federal magistral yolunda baş verib.
Məlumata görə hücum zamanı daha iki polis yaralanıb.
Ariz Həsənoğlu,
KONKRET.az
