Məktəbəhazırlıq qrupları üzrə tətil günləri AÇIQLANDIbackend

Məktəbəhazırlıq qrupları üzrə tətil günləri AÇIQLANDI

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

KONKRET.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə əmrində öz əksini tapıb.

Qeyd olunub ki, dərs ili iki yarımilə bölünür:

I yarımil: 1 oktyabr – 26 yanvar;

II yarımil: 1 fevral – 31 may.

Bildirilib ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

əlavə tətil: 1-5 may (5 gün).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*