“Məmmədyarov üçün Qarabağ anlayışı hədsiz aşağı idi” – Ceyhun Bayramovun təyinatı nəyi dəyişəcək? – Deputatdan AÇIQLAMAbackend

"Məmmədyarov üçün Qarabağ anlayışı hədsiz aşağı idi" - Ceyhun Bayramovun təyinatı nəyi dəyişəcək? - Deputatdan AÇIQLAMA

“Xarici işlər nazirliyinin dəyişməsi diplomatik korpusun güclənməsinə, müəyyən qədər daha çox məqsədyönlü çalışmasına kömək edə biləcək”.

Bunu KONKRET.az-a danışan deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, Ceyhun Bayramov Azərbaycan mentalitetinə bağlı insandır:

“Başqa ölkələrin dəyərlərini daşıyan şəxs deyil. Daha çox öz ölkəsinə bağlı insandır. Həm də müəyyən keyfiyyətli kadrlara üstünlük verən prinsipinə sadiqdir. Ona görə də onun daha qabiliyyətli insanların Xarici İşlər Nazirliyində sıradan çıxarılmasına yol verməyəcəyini əvvəlcədən söyləmək olar. Harda savadlı, ağıllı diplomatlar varsa, onları iş başına gətirəcək. Bir az da müəyyən qədər “ata uşağı” və “ana uşağı” prinsipi ilə Azərbaycan diplomatiyasını zəbt etmiş ünsürlərdən də diplomatiyamızı təmizləyəcək.

Digər məsələlərdən biri də bizim diplomatların daha çox olduğu ölkənin siyasi, ictimai mühiti ilə ciddi kontaktda olması çox vacibdir. Səudiyyə Ərəbistanındakı səfirimiz Şahin müəllim oranın çevrələri ilə yüksək münasibətləri var. Bu ölkənin mətbuatında Ermənistanının əlehinə yazılar çap etdirir. müxtəlif diskusiyalara və konfransalara qatılır. Eləcə də Serbiyadakı səfirimiz Eldar Həsənov.

Ona görə də yaxşıların təcrübəsini digərlərinə də tədbiq etmək vacibdir. Ən azından Ceyhun müəllim oradakı abu-havanın dəyişməsinə nail olacaq. Xarici İşlər Nazirliyində əsas problem vətənsevməzlik idi. Elmar Məmmədyarov üçün Azərbaycan, Qarabağ və ümumiyyətlə vətən anlayışı hədsiz aşağı idi. Yəni Azərbaycana qarşı sanki bir amerkalının, rusun baxışı idi. Amma bu gün bir Azərbaycanlının baxışı olacaq. Bu da istər-istəməz orada ab-havanı dəyişəcək. Mən buna inanıram. Mən həm də Ceyhun Bayramovun qabiliyyətinə inandığım üçün bunu deyirəm. Bəzən deyirlər ki, niyə kənardan gəldi. Burada söhbət kənardan gəlməkdən deyil, təşkilatçılıq qabiliyyətindən gedir. Yaxşı təşkilatçılıq qabiliyyəti olduqdan sonra onu ayağa qaldırmaq imkanı yüksək olur. Bütün hallarda bu müsbət dəyişiklikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*