“Operativ Qərargahın qərarlarına hər kəs əməl etməlidir”.
KONKRET.az xəbər verir ki, bunu TƏBİB rəsmisi Yaqut Qarayeva son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimlərinin keçiriləməsi ilə bağlı suala cavab verərkən deyib.
“Yoluxma sayının aşağı enməsi üçün hər birimiz qərara əməl etməliyik. Ancaq təəssüf ki, dediyiniz məqamlar da var və bu barədə aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.
Vətəndaşlarımızı bir daha yeni qaydalarla yaşamağa öyrənməyə və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa çağırırıq” deyə TƏBİB rəsmisi bildirib.
