“Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də Prezident oldu”.
KONKRET.az xəbər verir ki, bu fikirləri sabiq baş nazir Surət Hüseynov “Xalq tarixini bilməlidir” verilişində səsləndirib.
O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə ona qarşı hücumlarla əvəz olundu:
“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və “Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni, mən Etibar Məmmədova “yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonrada mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”./unikal.org/

Ne sen ne Elcibey nede Etibar Memmedov prezident olmaga layiq adam deyildiz sadece xalq aldanildı ves salam siz quldur oxru azerbaycanin servetini yeyenler dagidan oldunuz.
Allah izn verməsəydi,nə siz -Surət Hüseynov,nə də başqaları mərhum ELÇİBƏYİ prezident seçə bilməzdilər.Sadəcə,namizədi göstərmək siz tərəfdən olub.Elçibəy sevgisi hələ də ürəklərdədi…
Suret muellim siz yeniden komandir olsaz o vaxti ugurlarinizi tekrar ede bilersiniz I? O vaxt hami size xilaskar kimi baxirdi.. Mence sizin geroy medaliniz gelri velrlilmellidi, statya goturulmelidi ve dovlet isine celb olunmalidi