“Mən onunla uşağım kimi rəftar edirdim”.
KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti çıxışı zamanı deyib.
Lukaşenko sanksiyalara görə Ukraynadan inciyib, lakin Belarus ordusunun Ukrayna Silahlı Qüvvələrinə qarşı müharibəyə getməyəcəyinə əmin edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskiyə öz övladı kimi yanaşdığını deyib.
“Ukrayna ilə bağlı mövqeyimi gördünüz. Orada nə etdimsə də, bizə qarşı ilk sanksiyaları Kiyev – Volodya Zelenski qoydu. Ona uşağım kimi baxırdım. Mən əlimdən gələni etdim, Rusiyadan xahiş də etdim… Sonunda nə oldu? Bizə qarşı sanksiyalar tətbiq etdilər. Niyə? Çünki müstəqil deyillər. Onlara amerikalılar polşalılar vasitəsilə əmr veriblər”, – Lukaşenko deyib.
O bildirib ki, Belarus ərazisindən mütəmadi olaraq raketlərlə atəşə tutulan Ukraynadan ona qarşı irəli sürülən iddiaları başa düşmür. Guya Lukaşenko “Rusiya ilə müttəfiqlik müqavilələrini yerinə yetirir”.
Prezident əmin edib ki, “ukraynalılar bizim ərazimizə silahla ayaq basmasalar” öz ordusunu Ukraynaya qarşı müharibəyə göndərmək istəyi yoxdur.
“Xahiş edirəm, gəlin, sizi müalicə edək, qucağımızda gəzdirək. Siz bizim üçün əzizsiniz. Amma əlinizdə silah olsa, özünüzü qoruyun”, -deyə Lukaşenkosözlərini tamamlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
