“Mən Putini inandırardım”.
KONKRET.az xəbər verir ki, bunu iyunun 12-də İtaliyanın keçmiş baş naziri, sağ mərkəzçi “Forza Italia” partiyasının lideri Silvio Berluskoni deyib. O bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya Prezidenti Vladimir Putin siyasətçinin telefon zənglərinə cavab verməyib.
“Son vaxtlar Putindən səs-soraq yoxdur. Biz çox yaxşı dost idik, bu əməliyyatın əvvəlində mən iki telefon zəngi etdim və bir cavab almadım”, – deyə Berluskoni şikayətlənib.
Siyasətçinin izah etdiyi kimi, bu səbəbdən o, Putinlə əlaqə saxlamaq üçün növbəti cəhdlərdən çəkinib. “Əgər mən respublikanın prezidenti olsaydım, onu inandırardım”, – deyə Berluskoni əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
