“Mənim yerim Çeçenistandır, buradan heç yana getməyəcəyəm”.
KONKRET.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, dünəndən haqqında yayılan söz-söhbətə aydınlıq gətirib.
Kadırovun canlı yayımda qalmaqallı çıxışına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da reaksiya verərək, “Rusiyanın bütün vətəndaşları kimi, Ramzan Kadırov da növbəti prezident seçkilərində namizəd ola bilər”, – deyib.
Çeçenistan lideri deyib ki, özünü heç bir halda federal vəzifələrdə görmür. “Mənim yerim Çeçenistandır, mən buradan heç yana getməyəcəyəm”, – deyib.
Kadırov izah edib ki, o, Ukrayna ilə bağlı fikirlərini region rəhbəri kimi deyil, bir bloger və adi bir insan kimi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
