Məqsəd Arifin milyonluq varidatıbackend

Məqsəd Arifin milyonluq varidatı

Çoxmilyonluq fırıldaqçılıqda günahlandırılan bir qazax cütlüyün axtarışı lüks əmlak, maşın, saat və sənət əsərlərinin həqiqi bir xəzinəsini üzə çıxarıb.

Məqsəd Arifin Kazakhstan Kagazy firması 2007-ci ildə London Birjasının siyahısına düşdükdən və istiqrazlar buraxdıqdan sonra investorlardan yüz milyonlarla funt sterlinq almışdı. 2016-cı ildə şirkət siyahısından çıxarılmış, səhmləri isə adi kağız elan olunmuşdu. “This is money” nəşrinə görə, istintaqa məlum olub ki, Arif və iş ortağı investorları aldadaraq, onların pullarını mənimsəyiblər. Bu günlərdə ingilis mətbuatı Qazaxıstandan olan ailənin mülklərinin siyahısını dərc edib.

Məqsədin həyat yoldaşı Şolpan Arifin əmlakları arasında dəbdəbəli İsveçrə villası, “Bentley” avtomobili, eyni zamanda iki D və E sinifli Mercedes avtomobilləri var. London Ali Məhkəməsinin məlumatına görə, Məqsəd Arifin özü 17 milyon funt sterlinq dəyərində olan qapalı idman zalı, hovuz və saunalı malikanənin sahibidir. Elə İngiltərədəki əsas yaşayış yeri olaraq bu malikanəni seçiblər.

Cütlüyün Londonun elit bölgəsində 2008-ci ildə 14 milyon funt sterlinqə aldığı daşınmaz əmlaka və 18 milyon dollara başa gələn başqa bir ərazidə dəbdəbəli bir mənzilə sahib olduğu da güman edilir. Ailənin başçısı lüks saatlara maraq göstərib: kolleksiyasında “Richard Mille”-nin dəyəri 175 min funt sterlinq olan bir nüsxəsi var. Məhkəmə hesab edir ki, Şolpan Arif anasına 59 milyon funt sterlinq, qardaşına isə 13 milyon funt sterlinq ötürüb.

Hələ eçən il məhkəmə Məqsəd Arif və onun iş ortağı Şınar Dixanbayevə Kazakhstan Kagazy-yə 232 milyon funt sterlinq ödəməyi tapşırmışdı. Məhkəmə qərarı ilə ailənin aktivlərinin bir hissəsi dondurulmuşdu. Ancaq İngiltərə ədliyyəsi müttəhimlərin müdafiədən uğurla keçəcəyindən və pulun geri qaytarılmasının mümkünsüzlüyündən qorxur. Əvvəlki istintaqda ciddi qanun pozuntularına yol verildiyi barədə güclü arqumentlər var.

Maraqlıdır ki, cütlük artıq Birləşmiş Krallıq xaricindədir. Güman edilir ki, Məqsədin həyat yoldaşı Romada geniş bir villada yaşayır, özü isə vaxtının çox hissəsini Rusiyada keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*