Türkiyənin Manisa vilayətinin Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyi qarşısında silahlı hücum baş verib.
KONKRET.az axar.az-a istinadla xəbər verir ki, hücum zamanı 4 şagird xəsarət aldıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası cəlb edilib.
***
İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verən silahlı hücum zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.
İnsidentin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat yoxdur.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb.
Bu barədə Turgutlu Bələdiyyə sədri Çətin Akın məlumat verib.
Onun sözlərinə görə, 4 nəfər yaralı var.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident törədən şəxs saxlanılıb.
Bu barədə Manisa Valiliyi məlumat yayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
