PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədibackend

PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi

Bu gün kütləvi PUA hücumları ilə əlaqədar Rusiyanın bir sıra böyük hava limanlarında uçuş cədvəlində ciddi pozuntular yaranıb.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Şeremetyevo, Vnukovo, Domodedovo, Pulkovo və Soçi hava limanlarında sərnişinlər saatlarla uçuş gözləməli olublar. Onlarla reys gecikdirilib və ya ləğv edilib.

Ən çox problem “Aeroflot”, “Pobeda”, “Rossiya” və “Nordwind” aviaşirkətlərinin reyslərində qeydə alınıb.

Gecikmələr arasında Azərbaycana uçan reysləri də var. “Vnukovo” hava limanında “UTair” aviaşirkətinin Gəncəyə saat 05:45-ə planlaşdırılan reysi saat 07:45-dək təxirə salınıb.

“S7 Airlines”in Bakıya saat 12:50-yə planlaşdırılan reysi saat 14:00-dək təxirə salınıb.

Bundan başqa, “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıya saat 12:50-yə nəzərdə tutulan reysi də saat 14:00-dək gecikdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*