“Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaqbackend

“Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

“Mercedes-Benz” şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.

Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*