Merkel: “Koronavirusun yaratdığı təhlükə ciddidir”backend

Merkel: "Koronavirusun yaratdığı təhlükə ciddidir"

“Koronavirusun yaratdığı təhlükə ciddi olaraq qalır”.

KONKRET.az– ın verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel həftəlik video müraciətində deyib.

“Təhlükəni unutmaq asandır, çünki Almaniya bu günə qədər böhranın öhdəsindən kifayət qədər uğurla gəlib, amma bu, təhlükənin qarşısının tamamilə aldığını ifadə etmir” deyən Angela Merkel son günlərdə yoluxma hallarının artmasına işarə edib.

“Bunu ciddi qəbul edin, çünki vəziyyət ciddidir”, – deyə o vurğulayıb.

Tək siyasətçilərin virusun yayılmasını dayandıra bilməyəcəyini qeyd edən Angela Merkel bu mübarizənin hər kəsdən məsuliyyətli davranmağı tələb etdiyini bildirib: “Hamımız bunu ortaq öhdəliyimiz kimi qəbul etməli və başa düşməliyik ki, minimum fiziki məsafə, maska taxmaq və gigiyena qaydalarına əməl etməklə hər birimiz ortaq taleyimizə öz töhfəmizi veririk”, – Almaniya kansleri deyib.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*