Mərkəzi Banka yeni baş direktor TƏYİN OLUNDU – FOTObackend

Mərkəzi Banka yeni baş direktor TƏYİN OLUNDU - FOTO

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

KONKRET.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bununla da, qurumun baş direktorlarınımn sayı 7-yə çatıb.

G.Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*