Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildibackend

Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.

Bu barədə KONKRET.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.

İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.

Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 36-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*