Konkret.az Qırğızıstan mediasına istinadla xəbər verir ki, Bişkek məscidlərindən birində telefon oğurlanıb. Oğurluq anı sosial şəbəkələrdə də yayılıb.
Telefon sahibi deyir ki, ola bilər səhvən bu addım atılıb. “Telefonda olan əlaqə nömrələri mənim üçün vacibdir. Ona görə də xahiş edirəm, telefonu qaytarsın, lazımı məlumatları kopyalayım və smartfonu ona geri qaytarmağa hazıram”, – deyə telefonun əsl sahibi bildirib.
Müşfiq ƏHMƏDOV