Meşə yanğınları Şabrandan Siyəzənə keçdi – VİDEObackend

Meşə yanğınları Şabrandan Siyəzənə keçdi - VİDEO

Şabranda 4 gündür davam edən yanğın Siyəzən rayonuna keçib.

KONKRET.az xəbər verir ki, Siyəzən rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın başlayıb. Yanğın bu kəndlərin örüş torpaqlarını  və meşə fondunu əhatə edir.

Hadisə yerinə yerinə FHN-nin Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən 3 avtomobil  və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi üçün bütün zəruri tədbirlər görülür.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*