Türkiyəli məşhur aktrisa Billur Kalkavan dünyasını dəyişib.
KONKRET.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bir müddətdir xərçənglə mübarizə aparan Kalkavan müalicə aldığı xəstəxanada vəfat edib.
“Təəssüf ki, uduzduq. Daha dözə bilmədi. Çox təəssüf edirəm. Çox sevdiyimiz dost idi”, – deyə xəbəri açıqlayan Həmdi Alkan paylaşımında bildirib.
Qeyd edək ki, 59 yaşlı aktrisa “Ihlamurlar altında”, “Bir avuç huzur”, “Servet avcısı” kimi məşhur seriallarda rol alıb.

