Məşhur din xadimi ÖLDÜRÜLDÜbackend

Məşhur din xadimi ÖLDÜRÜLDÜ

Pakistanın Kəraçi şəhərində dini alim Mövlana Əbdül Qəyyum Sufi silahlı hücumda ölüb.

KONKRET.az TRT Haber”ə istinadən xəbər verir ki, Gülüstan-ı Cevher bölgəsindəki məsciddə namaz qıldıqdan sonra evə qayıdan Sufi motosikletli silahlı şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, hücum zamanı din xadimi dünyasını dəyişib.

Pakistan Üləma Birliyinin üzvü olan Sufi həm də Nurani İslam Mərkəzinin sədri olub.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, bundan əvvəl də Kəraçidə din alimlərinə qarşı oxşar hücumlar həyata keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*