Bu il “İntervision” beynəlxalq musiqi müsabiqəsi Moskvada keçiriləcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Sənəddə qeyd olunub ki, müsabiqə “beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə” keçiriləcək.
Baş nazirin müavini Dmitri Çernışenko isə tədbirin təşkilat komitəsinin sədri təyin edilib.//Qafqazinfo