Məşhur müğənni VƏFAT ETDİ – FOTObackend

Məşhur müğənni VƏFAT ETDİ - FOTO

Kubalı müğənni, şair və bəstəkar Pablo Milanes 79 yaşında Madriddə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Cubadebate” portalı məlumat yayıb.

Bildirilib ki, sənətçi noyabrın 13-də İspaniya paytaxtında xəstəxanaya yerləşdirilib.

O, bir neçə ildir əziyyət çəkdiyi onkohematoloji xəstəliyindən müalicə alıb.

Qeyd edək ki, 24 fevral 1943-cü ildə Kubanın şərqindəki Bayamo şəhərində anadan olan Pablo Milanes adanın ən məşhur musiqiçilərindən biridir. O, həm ənənəvi Kuba musiqi üslublarında, həm də müasir üslublarda oxuyub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*