Messi futbol tarixinin ən yaxşısıdır – Neymarbackend

Messi futbol tarixinin ən yaxşısıdır – Neymar

Fransanın “PSJ” komandasının braziliyalı hücumçusu Neymar “Barselona “nın argentinalı ulduzu Lionel Messi haqqında xoş sözlər danışıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Futbol Federasiyasının rəsmi saytında yer alıb.

Oyunçular Katalan komandasında 2017-ci ilədək birlikdə çıxış ediblər.

Qeyd edək ki, 2019-cu ilin yayında braziliyalı geri qayıda bilərdi, lakin transfer baş tutmayıb. Neymar Messini komanda yoldaşı Kilian Mbappe ilə də müqayisə edib.

“Kilian fenomendir. Tarixin ən yaxşı oyunçularından biri olmaq üçün potensialı var. Leo ilə birlikdə oynamaq unikal bir təcrübə idi, biz dost olmuşduq. Messi futbol tarixinin ən yaxşısıdır!”- Neymar bildirib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*