Mesut Özil əməliyyat olunacaqbackend

Mesut Özil əməliyyat olunacaq

Məşhur türk əsilli alman futbolçu Mesut Özil əməliyyat olunacaq. 

KONKRET.az xəbər verir ki, bu barədə hazırda “Başakşehir”də oynayan futbolçu özü məlumat verib.

O bildirib ki, belindəki ağrılar səbəbindən əməliyyat ediləcək.

“Təəssüf ki, bir müddət oynaya bilməyəcəm. Bu həftənin sonunda bel ağrılarımdan əməliyyat olunacağam. Ən qısa zamanda meydançaya qayıdacağam. Sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm”, – o deyib.

Qeyd edək ki, 33 yaşlı futbolçu cari mövsümün əvvəlində “Başakşehir” ilə 1+1 illik müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*