Mətanət İsgəndərli oğlunu evdən qovdu: “ACINACAQLI VƏZİYYƏTDƏYƏM”backend

Mətanət İsgəndərli oğlunu evdən qovdu: "ACINACAQLI VƏZİYYƏTDƏYƏM"

Əməkdar artist Mətanət İsgəndərli karantin rejimində yaşadığı çətinliklərdən danışıb.

KONKRET.az xəbər verir ki, hazırda İstanbulda olan müğənni Moderator.az-a maraqlı açıqlama verib:

“Yeddi aya yaxındır ki, heç bir toyda oxumuram, çünki karantin rejiminə görə Azərbaycanda toylar ləğv olunub. Hazırda İstanbulda həmyerlimizin restoranında həftədə bir dəfə çıxış edirəm.

Bizim də qazancımız yalnız toylardandır. Həqiqətən də acınacaqlı vəziyyətdir. Bir Allah bilir ki, karantin günlərimi necə keçirdim. Yaxşı ki, qızım Ülkər yanımda idi. Atam da mənimlə qalır.

Oğlum Kərim 4-cü mərtəbədə yaşayır, mən 5-cidə… Elə gün olurdu ki, Kərimi evə qoymurdum, qorxurdum. Təzə-təzə ürəyim partlayırdı, deyirdim ki,  buna necə dözəcəm? İndi şükür Allaha, vəziyyət nisbətən dəyişib. Allah təki bundan sonra bizi çətin imtahanlara çəkməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*