Mətbuat Evinin taleyi necə oldu? – Bunun cavabını Əflatun Amaşov bilərbackend

Mətbuat Evinin taleyi necə oldu? - Bunun cavabını Əflatun Amaşov bilər

Hamlet Qasımov

HİYLƏGƏR, MƏKRLİ ŞOU…

Gəncədə Mətbuat Evi tikilib başa çatdırılanda hamımız sevindik, yığışıb təntənəli açılışını elədik, əl çaldıq, alqışladıq… Dedilər Gəncə Mətbuat Evinin 4 mərtəbədən ibarət olan binasının birinci mərtəbəsində konfrans keçirmək üçün zal, 2-3-cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan media nümayəndələrinin gecələmələri üçün xüsusi otaqlar yaradılıb.

Amma…amma sən saydığını say, gör buranı ələ keçirənlər nə sayırmış…

Kimin xəbəri var, “adı bizim, dadı özgənin” olan bina kimlər üçün və hansı oliqarxın qazanc məqsədl üçün tikilibmiş?

Bunun cavabını bilsə, Əflatun Amaşov biləcək. Çünki artıq nə Əli Həsənov var, nə də Vüqar Səfərli ki, onlardan soruşam, bu nə məsələ idi? Demək binanı bu adla tikib sonra başqa məqsədlər üçün istifadə edəcəklərmiş? Aldığım məlumata görə, hazırda burada ölkədə addımbaşı qarşına çıxan “Kaspi” şəbəkələr qrupunun Gəncə filialı fəaliyyət göstərir.

Söhbət o binada jurnalistlərə iş otağı verilməsindən getmir. Onsuz da hərənin yazmağa bir sığınacağı var. Söhbət öz niyyətlərini həyata keçirmək və külli miqdarda qazanc əldə etmək üçün 5 il qabaq hay-küylə açılışını etdikləri gülünc, həm də məkrli, hiyləgər şoudan gedir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*