Metronun Rusiyadan aldığı sonuncu 2 qatar Bakıya çatdıbackend

Metronun Rusiyadan aldığı sonuncu 2 qatar Bakıya çatdı

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu 2 qatar Azərbaycan paytaxtına çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, hazırda vaqonlar depodadır: “Sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra qatarlar xəttə buraxılacaq.

Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonlarln sayı isə 115-ə çatıb”.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*