Mütəxəssislər meymunların danışqmaq qabiliyyətinin olduğunu müəyyən ediblər. KONKRET.AZ xəbər verir ki,l ABŞ-dan olan alimlərin apardığı araşdırmalara görə, meymunların daha mürəkkəb struktura malik səsli ünsiyyətləri var.
Tədqiqat zamanı məlum olub ki, elm adamları primatların ünsiyyətinin insan nitqindən çox fərqli olduğu qənaətinə gəliblər.
Mütəxəssislər Köhnə Dünya meymunlarının səsli rabitəsini araşdırıblar. Alimlər deyirlər ki, meymunların dilində sabit “sözlər” var – bunlar bir fenomeni və ya cismi göstərməyə xidmət edən səslərdir.
Ayrıca, bəzi primatlar “sözləri” birləşdirmək qabiliyyətinə malikdirlər. Beləliklə, təhlükə barədə xəbərdarlıq edən meymunlar səs-sözlərdən istifadə edirlər. Meymunlardakı bu “ifadə”lər müxtəlif uzunluqlarda tələffüz olunur.
Alimlər belə hesab edir ki, meymunlara bəzi danışıq kəlmələrini öyrətmək mümkündür.
KONKRET.AZ
