Məzunların iş problemi necə həll olunacaq? – Təyinat sistemi gündəmdəbackend

Məzunların iş problemi necə həll olunacaq? – Təyinat sistemi gündəmdə

Ali məktəb məzunlarının işlə təmin olunması və onların əldə etdikləri ixtisas üzrə fəaliyyət göstərməsi məsələsi son illər tez-tez müzakirə olunur. Bu baxımdan, Sovet dövründə tətbiq edilən məzunların təyinat sistemi də yenidən gündəmə gətirilə bilər.

Bəs ali məktəb məzunları üçün təyinat sisteminin Azərbaycanda yenidən tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli belə bir sistemin yaxın zamanda tətbiq olunmasını real hesab etmədiyini bildirib.

Subbakalavrlara distant təhsil alma imkanları yaranacaq" - Məzahir Məmmədli

Ekspertin sözlərinə görə, bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrinin əksəriyyətinin publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsidir.

“Ümumiyyətlə, bu ehtimalı az hesab edirəm. Ona görə ki, ali təhsil müəssisələrinin əksəriyyəti publik hüquqi şəxsə çevrilib. Onların qarşısına belə bir öhdəlik qoymaq – tələbəni yetişdirib, daha sonra ona təyinat vermək – müəyyən problemlər yarada bilər”, – deyə M.Məmmədli bildirib.

Ekspert hesab edir ki, məzunların məcburi qaydada təyinat üzrə işləməsi tələbi tələbələrin universitet seçiminə də təsir göstərə bilər.

“Belə bir öhdəlik tələbələrin qarşısında qoyulsa, onlar seçimlərini dəyişə bilərlər. Başqa universitetlərə üstünlük verə bilərlər. Bu baxımdan, mən bu məsələnin yaxın vaxtlarda gündəmə gələcəyinə o qədər də inanmıram”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*