Millətlər Liqası: pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldubackend

Millətlər Liqası: pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldu

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

KONKRET.az xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.

Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*