Qadına qarşı quldurluq edən şəxsin işi Ali Məhkəmədəbackend

Qadına qarşı quldurluq edən şəxsin işi Ali Məhkəmədə

Bakıda vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Fərahim Mirzəzadə Bakıda qadına qarşı quldurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*