
“Almalık” futbol klubunun mətbuat xidmətinin rəhbəri Şahboz Beqamov Özbəkistan Futbol Assosiasiyasını “Maksimum” yumoristik şousunda milli komanda ilə bağlı zarafatlara diqqət etməyə çağırıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Beqamov bu barədə öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, “Maksimum” şousunda özbək komediyaçıları tamaşaçılarla birlikdə Özbəkistan milli futbol komandasının uğursuzluqlarını ələ salaraq oyunçuları qoyuna bənzədiblər. Beqamov Özbəkistan millisinin sabiq baş məşqçisi Hector Cooperin bir sürüyə təlimat verdiyini əks etdirən satirik videosuna çox qəzəblənib.
Mətbuat xidmətinin rəhbəri öz postunda vurğulayıb ki, belə yumoristik yanaşma ilə milli komandanın imici məhv edilir.Ona görə də Assosiasiya bu məsələyə hüquqi qiymət verməlidir.
