Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığının ləvğ olunması zamanı millət vəkili Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaşanıb.
KONKRET.az xəbər verir ki, deputat Tahir Kərimli polisi döyən həmkərını müdafiə edərkən spiker Sahibə Qafarova onu iclasdan sonra otağına dəvət etmiş və 10 dəqiqəlik səs yazısına qulaq asmağa çağırmışdı. Spiker hansı səsi nəzərdə tutduğunu bildirməsə də, iddia olunur ki, Sahibə Qafarova polisi döyən deputatla döyülən polis zabiti arasındakı səs yazısını nəzərdə tutub.
