Millimiz Bolqarıstana da məğlub oldubackend

Millimiz Bolqarıstana da məğlub oldu 

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*