Milyarder Araz Ağalarov pensiyanın azlığından danışdıbackend

Milyarder Araz Ağalarov pensiyanın azlığından danışdı

Azərbaycanlı milyarder Araz Ağalarov “Forbes”ə müsahibəsində maraqlı fikirlər deyib. İş adamı Rusiyada pensiyaların və gəlirlərin az olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Ağalarov müsahibəsində istehsalatda məhsuldarlığın artması üçün maaşların yüksək olmasının vacibliyini qeyd edib. Onun fikrincə, orta hesabla 200 dollar pensiya çox aşağıdır: “Maaşlar artmasa, ölkənin istehsal gücü də yüksəlməyəcək”.

Ağalarov vergi sisteminin də düz işləmədiyini deyib: “Buna nə qədər tez diqqət yetirsək, bir o qədər xeyir taparıq”.

Araz Ağalarov

Ağalarov “Forbes”in “Rusiyanın 200 ən zəngin biznesmeni” siyahısında 51-ci yeri tutur.

“Crocus Group” şirkətinin rəhbəri 1955-ci ildə Bakıda doğulub. Sərvətinin həcminin 2 milyard dollar olduğu bildirilir. (Bizimyol.info)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*