Kim Çen In tənhalıq və orta yaş böhranı səbəbindən içkiyə qurşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən spirtli içkilərdən sui-istifadə edir.
Nəşrin mənbələri iddia edir ki, dövlət başçısı hər gün spirtli içki içir və mütəmadi olaraq ağlayır.
Şimali Koreya alimi Çxve Cinvuk Kim Çen Inın səhhətindən narahat olduğunu bildirib.
“Onun tezliklə 40 yaşı tamam olacaq. O, çox tənhadır və təzyiq altındadır”, – alim deyib.
“Mirror” yazır ki, həkimlər və həyat yoldaşı Şimali Koreya liderinə daha tez-tez idmanla məşğul olmağı tövsiyə ediblər. Lakin o, bu tövsiyələrə məhəl qoymur. Onun artıq çəkisi və çox siqaret çəkən olduğu deyilir.
Bundan əvvəl xəbər verilmişdi ki, Kim Çen Inın doğum günü bu il təmtəraqlı ictimai qeyd etmələr və xüsusi tədbirlər olmadan keçib.
Şimali Koreya liderinin rəsmi olaraq təsdiqlənmiş doğum tarixi yoxdur. Lakin Cənubi Koreya nümayəndələri əmindirlər ki, o, 1984-cü il yanvarın 8-də anadan olub. Buna görə də onun 39 yaşı tamam olub.
Xuraman Etibarlı,
KONKRET.az