Mirsalam Qənbərov: “Ağacı niyə kəsdilər?” – ƏTRAFLIbackend

Mirsalam Qənbərov: "Ağacı niyə kəsdilər?" - ƏTRAFLI

Dövlət Ekoloji Ekspertiza Agentliyində Sabunçu rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu yaşıllıqların götürülməsi olub.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov mövcud yaşıllıqların mülkiyyətçiləri olan bələdiyyələr, icra hakimiyyəti orqanları tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı monitorinqlərin vacibliyindən söz açıb. Oxşar görüşlərin Bakı və bütövlükdə Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Əlavə edək ki, KONKRET.az əməkdaşları da görüşdədir və hamıya maraqlı olan sualların cavabları az sonra diqqətinizə çatdırılacaq. Elə M.Qənbərov demişkən, ağacı niyə kəsdilər?

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*