Mirziyoyev İlham Əliyevi təbrik etdibackend

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini qələbə adlandırıb.

KONKRET.az xəbər verir ki, Özbəkistan Prezidenti bunu Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

“Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir və yeni böyük uğurlar arzulayıram”, – Mirziyayev bildirib.

Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, Prezident Əliyevin həyata keçirdiyi suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*