Mirzoyan italiyalı həmkarı ilə danışdıbackend

Mirzoyan italiyalı həmkarı ilə danışdı

Ermənistan və İtaliyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Antonio Tajani arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər ən yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi və iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması ilə bağlı fikir mübadiləsi aparıblar.

XİN rəhbərləri regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.

Xarici işlər nazirləri AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti ilə bağlı mövzuları da müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*