Mirzoyanın Rusiya ilə bağlı bu fikirləri İrəvanı ayağa qaldırdı…backend

Mirzoyanın Rusiya ilə bağlı bu fikirləri İrəvanı ayağa qaldırdı...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, gələcəkdə Ermənistan və Rusiya arasında münasibətlər normal tərəfdaşlıq formatında inkişaf edəcək.

KONKRET.az xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasında keçirilən seçkiqabağı debatlar zamanı danışıb.

Mirzoyan qeyd edib ki, İrəvan Moskva ilə mövcud problemlərin həlli və bütün anlaşılmazlıqların aradan qaldırılması üçün konstruktiv və işgüzar atmosferdə işləyir və bu əməkdaşlıq davam edəcək.

“Biz rusiyalı həmkarlarımızla problemlərin həlli və bütün anlaşılmazlıqların aydınlaşdırılması istiqamətində konstruktiv və işgüzar şəraitdə işləyirik və işləməyə davam edəcəyik. İnanın ki, Ermənistan və Rusiyanı normal tərəfdaşlıq gələcəyi gözləyir”, – deyə nazir vurğulayıb.

O, bu fikirləri Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri böhrandan necə çıxarmağı planlaşdırdığı ilə bağlı suala cavab olaraq səsləndirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*