“Mişa, bunu dayandır” – Atası Mixeil Saakaşviliyə SƏSLƏNDİbackend

"Mişa, bunu dayandır" - Atası Mixeil Saakaşviliyə SƏSLƏNDİ

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvili oğluna müraciət edib.

KONKRET.az xəbər verir ki, facebook vasitəsi ilə yayımlanan müraciətdə ata Saakaşvili oğlundan aclıq aksiyasını dayandırmasını xahiş edib.

“Mişa, sənə bir ata və həkim kimi müraciət edirəm. Söhbət sənə yaxşı heç nə vəd etməyən aclıq aksiyasından gedir. Aclıq sənə ancaq zərər vuracaq. Xahiş edirəm, aksiyanı bitir və qarşıdakı mübarizə üçün enerji topla”-, deyə o yazıb.

Mixeil Saakaşvili artıq 7 gündür ki, aclıq aksiyası keçirir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*