Misir hökuməti istefaya getdibackend

Misir hökuməti istefaya getdi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Misir hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Misir Prezidenti ölkənin Baş naziri Mustafa Mədbuliyə təcrübəyə malik şəxslərdən ibarət yeni kabineti formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsini icra edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*