Rusiyalı jurnalist Mixail Qusman Bakıda keçirilən COP29 konfransına həsr olunmuş “Güc formulu” seriyasından televiziya filmini təqdim edib.
KONKRET.az xəbər verir ki, həmin videonu diqqətinizə çatdırırıq.
Xatırladaq ki, Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.
O, 1999-cu ilin noyabrından – TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək – İTAR-TASS) vəzifəsində çalışıb.
KONKRET.az